Şrift:
Ağcabədidə payızlıq səpin üçün 5082 hektar sahə şumlanıb
18.08.2018 [10:03] - Gündəm, İqtisadiyyat
Taxıl zəmilərindən bol məhsul götürən Ağcabədi fermerləri payızlıq əkin üçün mühüm aqrotexniki tədbir olan yay şumunun aparılmasını davam etdirirlər.

Ağcabədi rayon kənd təsərrüfatı idarəsinin bitkiçilik sektorunun müdiri Əlizamin Abdullayev bildirib ki, yüksək məhsuldarlıqda yay şumunun əhəmiyyətini xüsusi qiymətləndirən fermerlər və torpaq mülkiyyətçiləri bu işin vaxtında və keyfiyyətlə başa çatdırılması üçün ciddi səy göstərirlər. Bu günədək rayonunun təsərrüfatlarında 5082 hektar sahə şumlanıb.

Ə.Abdullayev rayonda taxıl biçilmiş sahələrdə kövşənlərin yandırılmasının qarşısının alınmasının da diqqət mərkəzində olduğunu deyib: “Əhali arasında maarifləndirmə işləri müsbət nəticələrini göstərməkdədir. Belə ki, rayon ərazisində kövşənlərin yandırılması halına, demək olar, rast gəlinmir”.

Qeyd edək ki, Ağcabədi taxılçıları bu il 29 min 762 hektar taxıl sahəsindən 106 min 959 ton məhsul əldə ediblər. Məhsulun 92 min 371 tonu buğda, 14 min 588 tonu arpadır. Hər hektarın məhsuldarlığı orta hesabla buğda sahələrində 36,6 sentner, arpa sahələrində isə 32,1 sentnerdir.
Bu xəbər oxucular tərəfindən 22 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed