Şrift:
Türkiyədə ödənişli əsgərlik üçün 357 mindən çox müraciət qeydə alınıb
20.08.2018 [09:39] - Xəbərlər, Türk dünyası-Turan
Türkiyədə ödənişli əsgərlik üçün avqustun 17-dək 357 min 350 çağırışçı müraciət edib.

61 min 843 nəfərin müraciətinə müsbət cavab verilib. Sentyabrın 15-də bu çağırışçılardan 12 min nəfəri hərbi hissələrdə təlimə başlayacaq.

Qeyd edək ki, Türkiyə Böyük Millət Məclisinin ödənişli əsgərliklə bağlı qəbul etdiyi qanun iyulun 25-də qüvvəyə minib. Qanuna əsasən, çağırışçılar 15 min Türkiyə lirəsi (hazırkı məzənnə ilə təxminən 2500 ABŞ dolları) ödəyib 30 gün xidmət etməklə məcburi hərbi qulluqlarını başa vuracaqlar.

Sabir Şahtaxtı
Bu xəbər oxucular tərəfindən 554 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed