Şrift:
Türkləri təhqir edən “Fitilə” lümpenləri yenidən televiziyaya qayıdır
20.08.2018 [10:34] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
“Fitilə əmiləri” adı ilə tanınan lümpən qrup yeni kollektivlə İran televiziyasına qayıdacaq.

Azərbaycan türk millətini təhqir edən Əli Frutən, Məhəmməd Müslimi və Həmid Qoli yaxın günlərdə “Əkizlər kollektivi” adı ilə televiziya qayıdır.

“Fitilə” lümpənlərinin yenidən televiziyada görünəcəkləri barədə “Fars” və “Təsnim” xəbər agentliklərində xəbər yayılıb.

Məlumata görə, “Əkizlər kollektivi” Səhiyyə Nazirliyinin yardımı ilə uşaqlar haqda proqramla çıxış edəcək. Veriliş İranın 2-ci telekanalında yayımlanacaq.

Xatırladaq ki, 2015-ci il noyabrın 6-da İran televiziyasının 2-ci kanalında yayımlanan “Fitilə” adlı televiziya komediyasında diş fırçası ilə tualet fırçası arasındakı fərqi bilməyən, dişlərini tualet fırçası ilə fırçaladığı üçün ağzı qoxuyan bir türk uşağı təsvir edilib. Komediya fars dilində olsa da bəzi bölümlərində türkcə dialoqlar da yer alıb. Təhqiramiz verilişdən sonra Güney Azərbaycan əksər şəhərlərində silsilə etirazlar aksiyaları keçirilib, aksiyalar zamanı onlarla soydaşımız saxlanılıb.
Rejimin türkləri təhqir edən “Fitilə” verilişi lümpenlərini təxminən cəzasız buraxması azərbaycanlıların dəfələrlə etirazına səbəb olub.
Bu xəbər oxucular tərəfindən 516 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed