Şrift:
ABŞ-ın Türkiyədəki səfirliyinə atəş açılması ölkədə xaos yaratmaq məqsədi daşıyır
21.08.2018 [09:25] - Gündəm, Hadisə
ABŞ-ın Ankaradakı səfirliyinə atəş açılması Türkiyəyə qarşı böyük təxribatdır və ölkədə xaos yaratmaq məqsədi daşıyır.

Bu fikri Türkiyənin rəsmi şəxsləri baş vermiş xoşagəlməz hadisəni şərh edərkən deyiblər. Türkiyənin Prezident Administrasiyası, Xarici İşlər Nazirliyi, Ədalət və İnkişaf Partiyası, o cümlədən digər hökumət qurumları və siyasi partiya rəhbərləri dərhal hadisəyə kəskin reaksiya veriblər. Bildirilib ki, atəş açan şəxsin tutulması üçün tədbirlər görülür.

Qeyd edək ki, avqustun 20-də naməlum şəxs ABŞ-ın Ankaradakı səfirliyinə tərəf odlu silahdan 6 dəfə atəş açıb.

Sabir Şahtaxtı
Bu xəbər oxucular tərəfindən 449 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed