Şrift:
“Qarabağ”ın futbolçusu Mahir Mədətovdan ilk dubl və iki yubiley
21.08.2018 [09:38] - Gündəm, İdman
Topaz Premyer Liqasının 2018-2019-cu illər mövsümünün ilk dublu gerçəkləşib. “Qarabağ”ın hücumçusu Mahir Mədətov “Səbail”lə qarşılaşmada vurduğu iki qolla komandasına 2:0 hesablı qələbə qazandırıb.

Peşəkar Futbol Liqasının rəsmi saytı xəbər verir ki, ilk turda dubl qeydə alınmadığından M.Mədətov mövsümün ilkinin müəllifi olub. Onun ikinci topu iki yubileylə də əlamətdar olub. Futbolçu “Qarabağ”ın heyətində 25-ci dəfə rəqib qapısına yol tapıb. O, Ağdam klubunun tarixində 25 və daha çox qol vuran 21-ci futbolçu olub.

Matçda hesabı açmaqla hərəyə 24 qol vuran Dino Ndlovu və Dmitri Kudinova çatan Mahir matçın sonlarında fərqlənməklə onları arxada qoymağı da bacarıb.

İyirmi bir yaşlı futbolçu həm də Premyer Liqada 20-ci qolunu vurmasına sevinib. Bu topların hamısını “Qarabağ”da vuran hücumçu digər beş qoldan dördünü ölkə kuboku, birini avrokuboklarda rəqib qapısından keçirib.
Bu xəbər oxucular tərəfindən 250 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed