Şrift:
ATƏT ilk dəfə İsveçdəki parlament seçkilərinə müşahidə missiyası göndərəcək
21.08.2018 [09:41] - Xəbərlər, Siyasət
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) ilk dəfə İsveçdəki parlament seçkilərinə müşahidə missiyası göndərəcək.

İsveç KİV-ləri xəbər verir ki, təşkilatın bu qərarı siyasətçilər, ölkə mətbuatının nümayəndələri və seçkilərin təşkilatçıları ilə aparılan müzakirələrdən sonra qəbul olunub.

ATƏT-in nümayəndəsi Tomas Rimer jurnalistlərə müsahibəsində deyib ki, ilk dəfə olaraq təşkilatın müşahidə missiyası İsveçdə keçirilən seçkilərdə fəaliyyət göstərəcək. Onun sözlərinə görə, müşahidəçilərinin vəzifələri sırasında seçki kampaniyalarının maliyyə mənbələrinin öyrənilməsi də olacaq. Bundan başqa, hər bir səsvermə məntəqəsində, xüsusən əhalisi az olan rayonlarda bütün tərəflərin kifayət qədər seçki bülletenləri ilə təmin edilməsi və səsvermənin gizliliyinin təmin olunması məsələləri də müşahidəçilərin diqqət mərkəzində olacaq.

İsveçdə parlament seçkiləri sentyabrın 9-da keçiriləcək.

Qeyd edək ki, 2010-cu il seçkilərinə qədər müşahidəçilərin seçkilərin gedişində iştirakının zəruriliyini qiymətləndirmək məqsədilə İsveçə işçi qrupu göndərilib. O zaman ekspertlər müşahidə missiyasının vacib olmadığı qənaətinə gəliblər. Buna baxmayaraq, bu ilin əvvəlində keçirilən analoji qiymətləndirmə zamanı ATƏT sentyabrda İsveçdə keçiriləcək seçkilərin monitorinqi üçün missiya göndərməyi qərara alıb.

Rauf Əliyev
Bu xəbər oxucular tərəfindən 205 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed