Şrift:
UEFA ən yaxşı oyunçuların siyahısını açıqlayıb
21.08.2018 [09:44] - Gündəm, İdman
UEFA 2017/2018-ci il mövsümünün ən yaxşı oyunçularının siyahısını açıqlayıb.

Bunlar “Real Madrid” klubunun yarımmüdafiəçisi Luka Modriç, “Yuventus”un yeni transferi Kriştiano Ronaldo və "Liverpul" klubunun ulduz oyunçusu Məhəmməd Salahdı.

Həmçinin UEFA 2017/2018-ci il mövsümün də ən yaxşı qadın futbolçularının da adını açıqlayıb. Bu siyahıya Amandin Anri, Pernille Harder və Ada Heqerberq daxil edilib.

Qeyd edək ki, Avropanın ən yaxşı futbolçusu, Çempionlar Liqasında 2017/2018-ci mövsümündə mövqelər üzrə fərdi mükafatlar alacaqlar. Qalibin adı avqustun 30-da Çempionlar Liqasının qrup mərhələsinin püşkatma mərasimində açıqlanacaq.
Bu xəbər oxucular tərəfindən 248 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed