Şrift:
İndoneziyadakı zəlzələlər 480-dən çox insanın həyatına son qoyub
21.08.2018 [09:46] - Xəbərlər, Sosial
İndoneziyanın Lombok adasında iki həftədə baş verən zəlzələlərdə ölənlərin sayı 483 nəfərə çatıb.

Anadolu informasiya agentliyi xəbər verir ki, bu barədə ölkənin İctimai İşlər və Təhlükəsizlik Nazirliyinin rəsmisi Qarri Hikmət etdiyi yazılı açıqlamada bildirib.

Açıqlamada, avqust 5-də adada baş verən 7 bal gücündə zəlzələdə ölənlərin sayının 471 olduğu, dünən 6,3 və 6,9 bal gücündə ardıcıl iki zəlzələdə isə 12 nəfərin həyatını itirdiyi bildirilir.

Lombok adasında 15 gündə 800-dək zəlzələ qeydə alınıb. Zəlzələ nəticəsində 2 minə qədər binaya ziyan dəyib.

Adada axtarış xilasetmə işləri davam edir. Ölü sayının çox olacağı bildirilir.
Bu xəbər oxucular tərəfindən 226 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed