Şrift:
Qurban bayramı ilə əlaqədar Qazaxda heyvan kəsimi məntəqəsi yaradılıb
21.08.2018 [09:48] - Gündəm, İslam dini
Qurban bayramı ilə əlaqədar Qazaxda əhalinin öz qurbanlarını rahat şəkildə kəsmələri üçün rayonda heyvan kəsimi məntəqəsi yaradılıb.

Rayon icra hakimiyyəti bildirilib ki, bu məqsədlə Qazax rayon bələdiyyəsi tərəfindən lazımi tədbirlər həyata keçirilib.

Məlumat verilib ki, Qazax şəhərində Əliağa Şıxlinski küçəsində yerləşən Təzə Bazarda xüsusi heyvan kəsimi məntəqəsi təşkil olunub. Bütün baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab verən hər cür şərait yaradılıb.

Avqustun 22-23-də keçiriləcək Qurban bayramı günlərində rayon əhalisinə məhz, həmin kəsim məntəqəsinin xidmətlərindən istifadə etmələri tövsiyə olunur.
Bu xəbər oxucular tərəfindən 472 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed