Şrift:
Güney Azərbaycanda tarixi məkanların giriş biletlərində “Təxti Cəmşid”in görüntüsü əks olunur
21.08.2018 [10:22] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanda tarixi və mədəni məkanların giriş biletlərində fars bölgələrinin əsərləri, xüsusi ilə də “Təxti Cəmşid” kimi irqçilik simvollarının əks olunması, Azərbaycana qarşı daha bir ayrı-seçkilik faktını üzə çıxarır.

Son məlumata görə, Ərdəbilin məşhur Şeyx Səfi Kompeksinə giriş biletində Fars Əyalətində yerləşən “Təxti-Cəmşid”in görüntüsü əks olunub. Sosial şəbəkələrdə yayılan biletlər azərbaycanlı internet istifadəçilərinin geniş etirazına səbəb olub. Onlar “Bu artıq konkret olaraq müstəmləkəçilikdir” kimi postlar paylaşaraq İran rejiminin Azərbaycana qarşı apardığı irqçi siyasətinə kəskin etiraz bildiriblər.

İran Mədəni İrs Təşkilatı uzun illərdir Güney Azərbaycanda muzey və turizm məkanlarına giriş biletlərində fars bölgələrinə aid olan əsasən “Təxti-Cəmşid”, Pasarqad və İsfahanın İmam Məscidinin görüntüsünü əks etdirir. Biletlərdə Azərbaycan şəhərlərinə aid heç bir əsər-əlamət yoxdur. Bu məsələ Azərbaycan türklərinin kəskin etirazına səbəb olsa da, biletlərdə heç bir dəyişiklik edilmir.

2017-ci ilin aprel ayında da Təbrizin Göy Məscidinə giriş biletində “Təxti-Cəmşid”in əks olunması sosial şəbəkələrdə böyük etiraza səbəb olmuşdur. Bununla yanaşı Təbriz, Azərşəhr və Üskünün İran parlamentindəki millət vəkili Məhəmməd İsmail Səidi, Şərqi Azərbaycan Turist Liderləri Birliyinin rəisi, İran Turist Liderləri Mərkəzinin əvəzedici üzvü Aydın Nezafət və Şərqi Azərbaycan Muzeylər üzrə Qurumun müdiri Mehdi Bəzzaz Dəstfruş açıqlama verərək Azərbaycana qarşı ayrı-seçkilik faktına etiraz bildirmişdilər.

Güney Azərbaycanda tarixi məkanların giriş biletlərində “Təxti Cəmşid”in görüntüsü əks olunur

Ötən il “Təxti Cəmşid”in Tikantəpədə yerləşən “Təxti-Süleyman” (Sorğulu) abidəsinin giriş biletində əks olunması da oxşar etirazlara səbəb olmuşdur.
Həmin zaman Tikantəpənin İran parlamentindəki millət vəkili Homayun Haşeminin ofisindən baş verən hadisələrə belə münasibət açıqlanmışdır: “Bu, ölkənin milli siyasətidir və tarixi əsərləri tanıtdırmaq məqsədi güdür. Ona görə də “Təxti-Cəmşid”in biletində də “Təxti-Süleyman”ın görüntüsü əks oluna bilər.”

Lakin bu iddia heç vaxt özünü doğrultmadı və Mədəni İrs Təşkilatının biletlərində Azərbaycan əsərlərinə bu günədək rast gəlinməyib. Bu təşkilatın ümumiyyətlə Azərbaycanın tarixi və mədəni əsərlərini tanıtdırmaqda maraqlı olmadığı dəfələrlə sübut olunub.
Bu xəbər oxucular tərəfindən 310 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed