Şrift:
ABŞ hökuməti BMT-nin büdcəsinə ödənişlərini azaldır
24.08.2018 [09:32] - Xəbərlər, Siyasət
ABŞ bu il Birləşmiş Millətlər Təşkilatının maliyyələşdirilməsi üçün ödədiyi vəsaiti azaldacaq.

Bu barədə ABŞ Prezidentinin milli təhlükəsizlik məsəslələri üzrə köməkçisi Con Bolton Rusiyanın Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə Cenevrədə keçirdiyi görüşdə deyib. TASS agentliyinin məlumatına görə, buna səbəb ABŞ-ın BMT İnsan Haqları Şurasından çıxmasıdır. Bolton bildirib ki, hazırda Amerika BMT-yə təşkilatın büdcəsinin 22 faizi qədər yatırım edir. “Biz bu yatırımın nə qədər hissəsinin həmin Şuraya xərcləndiyini hesablayıb həmin məbləği kəsəcəyik. Bununla da ABŞ-ın BMT-yə ödənişi 22 faizdən az olacaq”, - deyə o qeyd edib.

Amerika hesab edir ki, BMT-nin İnsan Haqları üzər Şurası qeyri-obyektivdir və hökumət rəsmiləri dəfələrlə bununla bağlı tənqidi çıxışlar ediblər.

Hazırda BMT-nin 2017 və 2018-ci illərdə büdcəsi 5,4 milyard dollar müəyyən edilib. Üzv dövlətlər (193 ölkə) öz gəlirləri çərçivəsində hər il təşkilata ödənişlər edir. Bu ödənişlər təşkilatın büdcəsinin maksimum 22 faizi qədər ola bilər. İndiyədək ən çox ödəniş edən ölkə isə ABŞ olub. Sonrakı iki yeri Yaponiya (9,6 faiz) və Çin tutur (7,9 faiz).
Bu xəbər oxucular tərəfindən 510 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed