Şrift:
Misirdəki Azərbaycan diasporu Qurban bayramı münasibətilə tədbir keçirib
24.08.2018 [09:35] - Xəbərlər, Siyasət
“Vətənpərvər” Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin təşkilatçılığı ilə Qahirədə Qurban bayramı münasibətilə tədbir keçirilib.

Ölkəmizin Misirdəki diaspora təşkilatı tərəfindən beş min nəfərdən çox misirli və aralarında azərbaycanlı tələbələr də olmaqla 60-dan çox ölkədən Misirdə təhsil almaq üçün gələn tələbələrə 7,5 tondan çox qurban əti paylanılıb.

Birliyin sədri, tədqiqatçı-alim Seymur Nəsirov çıxışında bu kimi fəaliyyətlərə 15 il öncə başladığını və bundan sonra da davam etdirəcəyinə çalışacağını qeyd edib. O bunun xalqlarımız arasında dostluq əlaqələrinin daha da inkişafına xidmət etdiyini bildirib.

Qeyd edək ki, S.Nəsirov hazırda Misirdə təhsil alan 58 ölkədən olan 1000-dən çox tələbəyə rəhbərlik edir. 20 ildən çoxdur ki, ərəb mənbələrində Azərbaycanla bağlı tədqiqat aparır və Qahirə universitetində Azərbaycan dilini tədris edir.



Asya Hacızadə
Bu xəbər oxucular tərəfindən 438 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed