Şrift:
Qərbi Azərbaycan valisi 2 müavini və Urmiyə Şəhər İcra Hakimiyyəti başçısını işindən uzaqlaşdırıb
25.08.2018 [11:13] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Qərbi Azərbaycan valisi Məhəmməd Mehdi Şəhriyari iki müavini və Urmiyə Şəhər İcra Hakimiyyəti başçısını tutduqları vəzifədən uzaqlaşdıraraq onların yerinə yeni şəxslər təyin edib.

“Təsnim” xəbər agentliyinin yaydığı məlumata görə, vali təhlükəsizlik, siyasi və ictimai məsələlər üzrə müavini Əlirza Radfərin yerinə Əli Müstəfəvini təyin edib. O abadlaşdırma işləri üzrə müavini Tağı Kəhuriyanın yerinə isə Peyman Aramunu gətirib.

M.M.Şəhriyari Urmiyə Şəhər İcra Hakimiyyəti başçısı Abbas Həsənxaninin tutduğu vəzifədən azad edilməsi ilə bağlı da qərar qəbul edib. Urmiyə Şəhər İcra Hakimiyyəti başçısı postuna Əlirza Mollaməhəmmədizadənin təyin olunduğu bildirilir.

Valinin qərarına əsasən, yeni postlara təyin olunan məsullar bundan əvvəlki vəzifələrini qoruyub saxlayacaqlar.

Valinin məsulları işindən uzaqlaşdırmaq və yeni təyinatla bağlı qərarının səbəbi hələlik məlum deyil.

Qərbi Azərbaycanın kürd kökənli valisi M.M.Şəhriyari Şimali Xorasanın Bocnurd şəhərindəndir. O müxtəlif məsələlərdə radikal mühacir kürdlərin mövqeyini dəstəkləyərək Azərbaycanın mənafeyinə zidd addımlar atıb. Ona görə də, onun şəhərin bir neçə məsulunu işindən uzaqlaşdıraraq yeni təyinatlara əl atması hər kəsdə böyük maraq doğurur.
Bu xəbər oxucular tərəfindən 483 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed