Şrift:
Florida ştatında güclü atışma baş verib, ölənlər var
27.08.2018 [09:26] - Gündəm, Hadisə
Bazar günü ABŞ-ın Florida ştatında yerləşən Ceksonvill şəhərində keçirilən videooyun üzrə turnirdə güclü atışma baş verib. Yerli Şerif məlumatında atışma nəticəsində çoxlu sayda ölənlərin olduğunu diqqətə çatdırıb.

Ceksonvill polisi yerli sakinləri və turistləri hadisə yerindən uzaqlaşmağa çağırıb və özünün “Tvitter” səhifəsində ”Sahədən uzaq durun, “Sahə təhlükəsiz deyil” kimi qısa xəbərlər yayıb.

Yerli qəzetlər və polis 4 nəfərin öldüyünü, 10 nəfərin isə yaralandığını və onların xəstəxanaya çatdırıldığını bildirlər.

Polis cinayətkarın öldürüldüyünü təsdiq edib, lakin bununla belə onun sağ qalan cinayət yoldaşı olması ehtimalını da istisna etmir.

Yerli mətbuatın verdiyi məlumata görə, hadisə “Jacksonville Landing” adlı alış-veriş mərkəzi və restoranlar olan yerdə baş verib. Burada məşhur “Electronic Arts” videooyun istehsalçının “Madden NFL” videooyunu üzrə turnir keçirilirdi. “Electronic Arts” öz “Tvitter” səhifəsində ölənlərin ailələrinə baş sağlığı verərək, atışmanı dəhşətli hadisə adlandırıb.

Yusif Babanlı
Bu xəbər oxucular tərəfindən 428 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed