Şrift:
Voleybol üzrə Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində Yunanıstan komandası ilə qarşılaşıb
27.08.2018 [09:29] - Xəbərlər, İdman
Voleybol üzrə kişilərdən ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

“G” qrupunda mübarizə aparan yığmamız Bakıda Yunanıstan komandası ilə qarşılaşıb.

Dərnəgül Voleybol Mərkəzində keçirilən görüş millimizin 2:3 (25:20, 25:22, 22:25, 18:25, 5:15) hesablı məğlubiyyəti ilə başa çatıb.

Bu oyundan sonra Fərid Cəlalovun yetirmələri qrupda 5 xalla ikinci yerdədir. 11 xalı olan Yunanıstan qrupun lideridir. İsveç komandası 4 xalla üçüncü, Lüksemburq 1 xalla sonuncu pillədədir.

Xatırladaq ki, gələn il yanvarın 5-də keçiriləcək növbəti oyunda Azərbaycan yığması Lüksemburqu qəbul edəcək. Bu qarşılaşmadan dörd gün sonra isə voleybolçularımız səfərdə İsveç yığmasının qonağı olacaqlar.

Qrup mərhələsinin nəticələrinə görə, yeddi qrupun hər birində ilk yeri tutacaq komandalar Avropa çempionatının final mərhələsinə birbaşa vəsiqə qazanacaqlar. İkinci yeri tutacaq altı milli isə qalan beş vəsiqə uğrunda mübarizə aparacaq.
Bu xəbər oxucular tərəfindən 512 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed