Şrift:
Şəhriyar Məmmədyarov - Maqnus Karlsen partiyası heç-heçə başa çatıb
27.08.2018 [09:32] - Gündəm, İdman
ABŞ-ın Sent-Luis şəhərində keçirilən “Sinkfild” kuboku uğrunda super turnirinin səkkizinci turu oynanılıb.

Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov hazırkı dünya çempionu, norveçli Maqnus Karlsenlə qarşılaşıb.

Partiya heç-heçə ilə başa çatıb.

Oyun gününün yekununda Sergey Karyakin (Rusiya) və Xikaru Nakamura (ABŞ), Fabiano Karuana (ABŞ) və Vişvanatan Anand (Hindistan), Aleksandr Qrişuk (Rusiya) və Uesli So (ABŞ), Maksim Vaşye-Laqrav (Fransa) və Levon Aronyan (Ermənistan) qarşılaşmaları da heç-heçə yekunlaşıb.

Səkkiz turdan sonra 5 xal toplayan Karuana liderdir. Məmmədyarov, Qrişuk, Aronyan və Karlsen 2-5-ci yerləri bölüşür. Onların hər birinin hesabında 4,5 xal var. 6-7-ci yerləri Vaşye-Laqrav və Anand (hərəyə 4 xal) tutur. Ardınca So (3,5) və Nakamura (3), sonuncu isə Karyakin (2,5) qərarlaşıb.

Turnirin sonuncu 9-cu turu avqustun 27-də keçiriləcək. Təmsilçimiz hindistanlı Vişvanatan Anandla görüşəcək.
Bu xəbər oxucular tərəfindən 375 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed