Şrift:
Türkiyə Superliqası: “Başakşehir” komandası “Akhisar”a qalib gələrək çempionatda üçüncü sıraya yüksəlib
28.08.2018 [09:28] - Gündəm, İdman
Futbol üzrə Türkiyə Superliqasının üçüncü turunun növbəti oyununda “Başakşehir” komandası doğma meydanda “Akhisar” klubunu qəbul edib.

Gərgin idman mübarizəsi şəraitində keçən matç ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Görüşün 9-cu dəqiqəsində meydan sahiblərinin heyətində Edin Viska hesabı açıb – 1:0. Bundan 19 dəqiqə sonra qonaq komandanın futbolçusu Elvis Manu hesabı bərabərləşdirib - 1:1.

Fasilədən sonra da oyun İstanbul təmsilçisinin üstünlüyü şəraitində keçib. Matçın 70-ci dəqiqəsində Riad Bajiç komandasını hesabda irəli çıxarıb - 2:1. Oyuna əlavə edilmiş dəqiqələrdə isə Manuel Da Kosta hesab arasındakı fərqi artırıb - 3:1.

Beləliklə, Abdulla Avcının baş məşqçisi olduğu komanda bu qələbə sayəsində xallarının sayını 6-ya çatdıraraq çempionatda üçüncü sıraya yüksəlib.

Qeyd edək ki, bu tur çempionluq uğrunda mübarizə aparan komandalardan “Fənərbağça”, “Trabzonspor” və “Beşiktaş” rəqibləri ilə keçirdikləri oyunlarda məğlub olaraq vacib xallar itiriblər.
Bu xəbər oxucular tərəfindən 444 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed