Şrift:
Azərbaycan Dəmir Yollarında işə yeni qəbul sistemi formalaşdırılıb
28.08.2018 [09:32] - Xəbərlər, İqtisadiyyat
“Azərbaycan Dəmir Yolları” QSC-də insan resursları potensialının yüksək ixtisasa və müasir dünyagörüşünə malik mütəxəssislər hesabına gücləndirilməsi üçün görülən tədbirlər çərçivəsində işə qəbulun mərkəzləşdirilmiş və kollegial qaydada obyektiv və şəffaf prosedurlarla vahid mexanizm əsasında həyata keçirilməsi məqsədilə işə yeni qəbul sistemi formalaşdırılıb.

QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, Azərbaycan Dəmir Yollarında sahə üzrə geniş təhlillər aparılaraq müasir beynəlxalq təcrübəyə və nəzəri əsaslara uyğun olaraq işə qəbul qaydaları hazırlanıb. “Azərbaycan Dəmir Yolları” QSC üzrə elan edilmiş vakansiyalara namizədlər rəsmi internet səhifəsinin (www.ady.az) “Karyera” bölməsinə daxil olmaqla müraciət edə bilər. Müraciət edən namizədlər əvvəlcə vakansiyanın təsviri forması ilə tanış olmalı və işə qəbul üzrə müraciət formasını doldurmaqla göndərməlidir.

“Azərbaycan Dəmir Yolları” QSC-də müsabiqə bir qayda olaraq, qulluqçu vəzifələri üzrə test və müsahibədən və fəhlə peşələri üzrə isə test və peşə imtahanından ibarət müsabiqə yolu ilə həyata keçirilir.
Bu xəbər oxucular tərəfindən 389 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed