Şrift:
Tokioda özüidarəolunan taksilər yoxlama qaydasında işə başlayıb
28.08.2018 [09:35] - Xəbərlər, Sosial
Tokionun mərkəzi küçələrində avtomatlaşdırılmış idarəetmə sisteminə malik taksilər işə başlayıb. Bu taksilərin iki həftə ərzində sınaq məqsədilə xidmət göstərəcəyi bildirilir.

NHK telekanalı xəbər verir ki, yeni nəqliyyyat vasitəsi Yaponiyanın “ZMP” şirkəti ilə taksi xidmətləri sahəsində tanınmış “Hinomaru kotsu” şirkətinin birgə layihəsidir.

Bu taksilərin gün ərzində dörd dəfə 5 kilometr məsafəni qət edərək Tokio vağzalının yaxınlığındakı ofis bunasından Ropponqi ərazisində yerləşən kommersiya göydələninə doğru və geriyə hərəkət etməsi nəzərdə tutulur.

Avtomobildə, hər ehtimala görə, sürücü də var. Buna baxmayaraq, yolun əksər hissəsi avtomatik rejimdə qət edilir. Bu taksilər döngələri və yol dəyişmələrini sərbəst şəkildə həyata keçirir.

Vüqar Ağayev
Bu xəbər oxucular tərəfindən 381 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed