Şrift:
Ağcabədili məzunlardan 422-si tələbə adını qazanıb
30.08.2018 [09:28] - Gündəm, Sosial, Gənclik
Bu il Ağcabədi rayonunun ümumtəhsil məktəblərini bitirən 1129 məzundan 625 nəfəri ali məktəblərə keçirilən imtahanlarda iştirak etmək üçün sənəd verib və onlardan 422-si tələbə adını qazanıb.

Rayon Təhsil Şöbəsindən Tələbə adını qazanan gənclərdən 52 nəfəri 500-600 arası, 25 nəfəri isə 600-dən çox bal toplayıb.

İmtahanlarda ən yüksək nəticə göstərən Qaravəlli kənd tam orta məktəbin məzunu Əzim Əzizli 700 bal, Kürdlər kənd tam orta məktəbinin məzunu Gülgün İsmayılzadə 695 bal toplayaraq Bakı Dövlət Universitetinə qəbul olublar.

Rayonun ümumtəhsil məktəblərindən ən yüksək nəticəni isə Rəncbərlər kənd, Ağcabədi şəhər 3 və 9 nömrəli tam orta məktəbləri göstərib. Rəncbərlər kənd tam orta məktəbi bitirən 19 məzundan 14-ü respublikanın müxtəlif ali məktəblərinə qəbul olub. 3 nömrəli tam orta məktəbi bitirən 32 nəfər, 9 nömrəli tam orta məktəbin isə 28 məzunu tələbə adını qazanıb.
Bu xəbər oxucular tərəfindən 27 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed