Şrift:
Yataqxanada məskunlaşmış məcburi köçkünlərlə görüş olub
30.08.2018 [14:31] - Köşə yazarları, Sosial
Avqustun 29-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Xətai rayonunda Dənizçilik məktəbinin 3 nömrəli yataqxanasında müvəqqəti məskunlaşmış məcburi köçkünlərlə görüşüb.

Komitədən bildiriblər ki, məcburi köçkünlər komitə sədrinə yaşayış şəraitləri, qarşılaşdıqları problemlərlə bağlı məlumat verib.

Komitə sədri məcburi köçkünlərin müraciətlərini ayrı-ayrılıqda dinləyib, qaldırılan məsələlər barədə ətraflı məlumat verib.

Bildirilib ki, məcburi köçkünlərə yeni mənzillərin verilməsi mərhələli şəkildə həyata keçirilir. Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq hər il məcburi köçkünlər üçün yeni qəsəbələr salınır. Birinci vitse-prezident xanım Mehriban Əliyeva bu kateqoriyadan olan vətəndaşlarımızla bağlı layihələrin icrasını daim diqqət mərkəzində saxlayır. Məcburi köçkünlərin maddi rifah halının yaxşılaşdırılması, məşğulluğunun təmin edilməsi ilə bağlı dövlət səviyyəsində müxtəlif layihələr icra edilir.

Görüşdə iştirak edən məcburi köçkünlərin müraciətləri qeydə alınıb. Komitə sədri müraciətlərin araşdırılacağını və qanuna uyğun tədbirlər görüləcəyini bildirib.

Qeyd edilib ki, digər şəhər və rayonlarda da bu cür görüşlərin keçirilməsi nəzərdə tutulur.
Bu xəbər oxucular tərəfindən 193 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed