Şrift:
Sinqapurda Asiya və Sakit okean regionunda azad ticarətin perspektivləri müzakirə olunur
31.08.2018 [09:31] - Köşə yazarları, İqtisadiyyat
Sinqapurda Asiya və Sakit okean regionunun 16 dövlətinin iştirakı ilə azad ticarət barədə razılaşma müzakirə olunur.

Yerli kütləvi informasiya vasitələri xəbər verir ki, Hərtərəfli Regional İqtisadi Tərəfdaşlıq (HRİT) çərçivəsində son danışıqlar avqustun 30-da başlanıb. İştirakçılar arasında Yaponiya, Çin, Hindistan ilə yanaşı, Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) üzvləri də var.

İki gün davam edəcək müzakirələrin əvvəlində Sinqapurun ticarət və sənaye naziri Çan Çun Sin əminliklə bildirib ki, iştirakçılar azad ticarət prinsiplərinə sadiqliklərini nümayiş etdirərək, ilin sonuna kimi ciddi irəliləyişə nail ola biləcəklər.

Cari ilin iyulunda Tokioda nazirlər səviyyəsində keçirilən görüşdə azad ticarəti dəstəkləmək məqsədilə ilin sonuna kimi hərtərəfli razılığın əldə edilməsi ortaq şəkildə qərara alınıb.

Danışıqlar Tramp administrasiyasının mühafizəkar tədbirlər barədə açıqlama və bəyanatları fonunda keçirilir.

Yaponiya və Çin kimi ölkələr üçün danışıqlarda ən həssas mövzu intellektual mülkiyyət məsələsidir.

Danışıqlarda iştirakçıların elektron ticarət qaydalarını müzakirə edəcəyi bildirilir.

Avqustun 31-də danışıqlar başa çatdıqdan sonra nazirlərin birgə bəyanatla çıxış edəcəyi planlaşdırılır.

Vüqar Ağayev
Bu xəbər oxucular tərəfindən 208 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed