Şrift:
Gənclər üçün layihələrin idarə olunmasına dair təlimlər keçirilib
31.08.2018 [09:35] - Köşə yazarları, Sosial
“MitOst” Assosiasiyasının maliyyə dəstəyi və təhsil sahəsində ixtisaslaşan “Education HUB”ın təşkilatçılığı ilə İsmayıllı rayonunda gənclər üçün “İncəsənət sosial inkişafda vasitə kimi” layihəsi çərçivəsində təlimlər keçirilib.

Təlimlər layihələrin idarə olunması mövzusuna həsr edilib.

Təlimlər zamanı gənclər layihələrin yazılması, vaxtın idarə olunması, maraq qruplarının seçilməsi, büdcə hazırlığı, maliyyət vəsaitlərinin tapılması, komanda işi və s. sahələr üzrə interaktiv üsullardan istifadə etməklə müxtəlif simulyasiyaları, qrup tapşırıqlarını yerinə yetiriblər.

“İnkişaf zamanı” təhsil proqramı çərçivəsində həyata keçirilən “İncəsənət sosial inkişafda vasitə kimi” layihəsinin məqsədi sosial məsələlərin həllində incəsənət vasitələrindən istifadənin təşviqidir.

Azərbaycanın müxtəlif bölgələrindən olan 18-28 yaşlı 25 iştirakçı incəsənətin müxtəlif vasitələrindən istifadə etməklə yaşadıqları bölgə üçün yeni təşəbbüslər hazırlayıb.
Bu xəbər oxucular tərəfindən 295 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed