Şrift:
Dekorativ-Tətbiqi Sənət Festivalı çərçivəsində ilk sərgi xalçaçılığa həsr ediləcək
31.08.2018 [09:36] - Köşə yazarları, Mədəniyyət
Oktyabrın 24-də “Art Tower” rəsm qalereyasında Dekorativ-Tətbiqi Sənət Festivalı çərçivəsində gənc rəssam Fəridə Qarayevanın “Azərbaycan xalçaları dünya rəssamlarının əsərlərində” adlı fərdi sərgisi açılacaq.

Sərgidə rəssamın 20-dək sənət əsəri nümayiş olunacaq. Sərginin məqsədi milli ənənələrə əsaslanaraq rəssamın müasir əsərlərində xalça sənətini təbliğ etməkdir. Oktyabrın 31-dək davam edəcək sərgi ilə hər kəsin tanış olmaq imkanı var.

Festival Gənclər Şəbəkəsinin, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin, Azərbaycan Dövlət Rəsm Qalereyasının, Mədəniyyət Nazirliyinin və “Arts Concil Azerbaijan” qeyri-hökumət təşkilatının dəstəyi ilə təşkil olunacaq.
Bu xəbər oxucular tərəfindən 220 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed