Şrift:
Qurban Qurbanov: Futbolçularımız qələbə qazanmaq üçün sonadək gözəl oyun nümayiş etdirdilər
31.08.2018 [09:39] - Gündəm, İdman
Futbolçularıma təşəkkür etmək istəyirəm. Həqiqətən qələbə qazanmaq üçün sona qədər gözəl oyun nümayiş etdirdilər. Futbolçularımızla fəxr edirəm.

Bu sözləri “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının play-off mərhələsinin cavab qarşılaşmasında “Şerif” klubu üzərində 3:0 hesablı qələbədən sonra keçirilən mətbuat konfransında deyib.

Baş məşqçi bildirib: “Bu oyuna hazırlaşmaq bizim üçün çətin idi. Hamımız nəticə haqda düşünürdük. Bu gün çox yaxşı oynadıq, meydanda bacardığımızı etdik. Klub rəhbərliyini, azarkeşlərimizi qələbə münasibətilə təbrik edirəm. Rəqib haqda danışmağa ehtiyac yoxdur. Onlara uğurlar arzu edirəm”.
Bu xəbər oxucular tərəfindən 180 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed