Şrift:
Atletika üzrə dünya çempionu Ramil Quliyev növbəti dəfə medal qazanıb
31.08.2018 [09:42] - Gündəm, İdman
Türkiyə millisinin heyətində çıxış edən azərbaycanlı yüngül atlet Ramil Quliyev növbəti dəfə medal qazanıb.

Soydaşımız İsveçrədə keçirilən və Almaz liqasının iki finalından biri olan Sürix Weiltklasse atletika yarışlarında 200 metr məsafəni 19,98 saniyəyə qət edərək gümüş medala layiq görülüb. Bu yarışın qalibi məsafəni 19,67 saniyəyə qət edən amerikalı Noah Layls olub.

Xatırladaq ki, Ramil Quliyev ötən ilin avqustunda Londonda 200 metr məsafəyə qaçış yarışında finişə 20,09 saniyəyə çataraq dünya çempionu adını qazanmışdı.
Bu xəbər oxucular tərəfindən 524 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed