Şrift:
Güneylilərin Ərdoğanı Təbrizdə təntənə ilə qarşılamaq planından vahiməyə düşən rejim qərarını dəyişdi
31.08.2018 [09:47] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Avqustun 30-da Güney Azərbaycanın Təbriz şəhərində keçirilməsi gözlənilən Türkiyə, Rusiya və İran prezidentlərinin üçtərəfli görüşü haqda yeni xəbər yayılıb. Son məlumata görə, Suriya ilə bağlı görüşün Tehranda keçiriləcəyi barədə qərar verilib.

Bundan əvvəl İran və Türkiyə rəsmiləri üçtərəfli görüşün Təbrizdə keçiriləcəyi haqda açıqlama vermişdir. Qərarın gözlənilməz şəkildə dəyişməsi Güney Azərbaycanın ictimai-siyasi gündəmi ilə tanış olan insanlar üçün gözələnilən hadisə idi.

Görüşlə bağlı danışan Türkiyənin İrandakı səfiri Hakan Təkin qeyd edib ki, tərəflər arasında aparılan müzakirələrdən sonra Tehranın görüşə ev sahibliyi edəcəyi barədə qərar qəbul olunub.

“Nəsr” xəbər agentliyi isə İran Xarici İşlər Nazirliyinin bir rəsmisinə istinadən bildirib ki, çərşənbə günü axşam saatlarında verilən qərara əsasən üç ölkənin başçıları Tehranda bir araya gələcək.

Ötən gün Türkiyənin “Yeniakit.com.tr” saytı minlərlə güney azərbaycanlının Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı Təbrizdə görmək istədiklərini yazmışdır. Bildirilib ki, hətta bununla bağlı sosial şəbəkələrdə kampaniya da başladılıb.

Ehtimal olunur ki, İran rejimi güney azərbaycanlıların R.T.Ərdoğanı Təbrizdə təntənə ilə qarşılamağa hazırlaşmasından vahiməyə düşüb və bu səbəbdən görüşün Tehranda keçirilməsinə qərar verib.

Prezidentlərinin üçtərəfli görüşünün sentyabrın 7-də baş tutacağı gözlənilir.
Bu xəbər oxucular tərəfindən 180 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed