Şrift:
Rusiyalı ekspert: “Azərbaycan Qəbələ RLS-i öz ərazisindən çıxarmaq üçün bu obyektin icarə qiymətini süni şəkildə qaldırır”
12.07.2012 [16:17] - Siyasət
“Azərbaycan Qəbələ radiolokasiya stansiyasını öz ərazisindən çıxarmaq üçün bu obyektin icarə qiymətini süni şəkildə qaldırır”.

Bu fikirləri "esti FM”ə Analiz, Strategiya və Texnologiyalar Mərkəzinin eksperti Vasili Kaşin bildirib.

Onun sözlərinə görə, icarə qiymətini qaldırmaqda Azərbaycanın məqsədi gəlir əldə etmək deyil: “Azərbaycanın maddi baxımdan heç bir problemi yoxdur. Onlar sadəcə bu obyekti öz ərazilərindən çıxarmaq istəyirlər”.

Xatırladaq ki, Qəbələ RLS-in icarəyə verilməsi barədə sazişin müddəti bu il dekabrın 12-də başa çatır. İcarə müddətinin uzadılması ilə bağlı danışıqlar ötən ildən başlayıb. KİV-də gedən məlumatlara görə, Azərbaycan illik icarə haqqını indiki 7 milyondan 300 milyona qaldırmaq niyyətindədir. Bu yaxınlarda Tacikistan və Qırğızıstan da öz ərazilərində Rusiya hərbi bazalarının saxlanması şərtlərinə yenidən baxmaq niyyətində olduqlarını bildiriblər.
Bu xəbər oxucular tərəfindən 878 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed