Şrift:
Elmar Məmmədyarov iranlı nazirə iradlarını bildirib
13.07.2012 [02:47] - Siyasət
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İran İslam Respublikasının təhsil naziri Həmidrza Hacıbabayini qəbul edib.

Bu barədə Davam.az-a XİN-in mətbuat xidmətindən məlumat verilib. Nazirlikdən bildirilib ki, görüşdə Azərbaycanla İran arasında ikitərəfli münasibətlərin hazırkı durumu və regionunda cərəyan edən proseslərə dair fikir mübadiləsi aparılıb.

Nazir Elmar Məmmədyarov iki ölkə arasında müştərək mədəniyyət, ortaq tarix və qonşuluq münasibətlərini nəzərə alaraq, ortaya çıxan ziddiyyətlərin ikitərəfli münasibətlərə uyğun gəlmədiyini vurğulayıb. E.Məmmədyarov Azərbaycan vətəndaşları olan iki gənc şairin İranda hələ də saxlanılmasının ölkə ictimaiyyətində ciddi narahatlıq yaratdığını vurğulayıb, beynəlxalq qanunvericiliyə uyğun olaraq Azərbaycanın diplomatik nümayəndəliyinin konsulunun bu şəxslərlə görüşünə şərait yaradılmasını tələb edib. Elmar Məmmədyarov iranlı nazirdən Azərbaycan hökumətinin ciddi narahatçılığını İran rəhbərliyinin diqqətinə çatdırmasını istəyib.
Bu xəbər oxucular tərəfindən 834 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed