Şrift:
Aİ-nin Gürcüstana səfər etmiş nümayəndəsi Cənubi Qafqazdakı vəziyyət barədə ətraflı məlumatlandırılıb
04.09.2018 [09:59] - Köşə yazarları, Siyasət
“Avropa İttifaqının (Aİ) Avropa qonşuluq siyasəti və genişlənmə məsələləri üzrə komissarı Yohannes Han ilə görüşdə Cənubi Qafqaz regionunda, xüsusən də işğal altında olan ərazilərdəki vəziyyəti geniş müzakirə etdik”.

Bu sözləri Gürcüstanın xarici işlər naziri David Zalkaliani Yohannes Han ilə görüşdən sonra söyləyib. Nazir deyib: “Avropa İttifaqı regionda Cenevrə formatında çıxış edən əsas aktorlardan biridir. Biz görüşdə bir çox məsələlər, o cümlədən regiondakı vəziyyət barədə söhbət etdik. Abxaziya, Tsixinvali və işğal olunmuş digər ərazilərdəki vəziyyət, fundamental insan haqları diqqət mərkəzində oldu”.

“Aİ bizə daha çox fayda verə bilər, ona görə də komissara regiondakı bütün vəziyyət barədə ətraflı məlumat verdim”, – deyə nazir vurğulayıb.

Qeyd edək ki, Yohannes Han sentyabrın 3-də Gürcüstana səfər gəlib. Komissar səfər çərçivəsində bir sıra görüşlər keçirəcək.

Xətayi Əzizov
Bu xəbər oxucular tərəfindən 150 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed