Şrift:
Həyatı təhlükədə olan güneyli aktyorun təcili yardıma ehtiyacı var
04.09.2018 [10:07] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Xəstə yatan güney azərbaycanlı tanınmış teatr aktyoru Qasim İsanəjadın (Araz) təcili yardıma ehtiyacı var.

Uzun illər Azərbaycan incəsənətinin inkişafı uğrunda çalışan aktyor ağır böyrək xəstəliyindən əziyyət çəkir, dializdən bir ay sonra onun hər iki böyrəninin işləmədiyi məlum olub.

Böyrək xəstəliyi nəticəsində ürəyin ahəngi də pozulub. Doktor Məxduminin sözlərinə görə, xəstənin ürəyinin fəaliyyəti ötən həftə ilə müqayisədə 25 faiz zəifləyib. Həkimlər vurğulayıb ki, xəstəyə ən qısa zamanda böyrək köçürülməlidir.

Qan qrupu O (1) RH+ olan xəstənin telefon nömrəsi 09142681050-dir.

Azərbaycanlı aktyor Urmiyənin Taleqani xəstəxanasında müalicə alır. Xəstəxana xərcləri baha başa gəldiyindən aktyorun əhalinin maddi yardımına da ehtiyacı var.

Aktyorun dostları əhaliyə müraciət edərək onlardan yardımlarını milli bankda Qasim İsanəjadın hesabına (6037997352495932 nömrəli kart) yatırmalarını xahiş ediblər.

Tanınmış azərbaycanlı aktyor Urmiyə “Turan” Tamaşa Qrupu ilə birlikdə onlarla türkcə tamaşada rol alıb. Şəngül və Məngül, Turan qartalı, Saray, Yaz elçisi, Ozansız yurd, Bir bayraq altında, Saz, Yenə yapraqlar düşür, Qanlı bayraq və Fərhad-Şirin, Qasim İsanəjadın da rol aldığı “Turan” Teatr Qrupunun nümayiş etdirdiyi tamaşalardandır.

“Məlik Məhəmməd” tamaşası “Turan” qrupunun ötən aylarda Urmiyədə səhnələşdirdiyi son tamaşadır. Qasim İsanəjad həmin tamaşada aktyor kimi iştirak edib.
Bu xəbər oxucular tərəfindən 157 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed