Şrift:
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VI Sammiti başa çatıb
04.09.2018 [10:08] - Xəbərlər, Türk dünyası-Turan
Qırğız Respublikasının Çolpon-Ata şəhərindəki Çingiz Aytmatov adına “Rux Ordo” Mədəniyyət Mərkəzində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VI Sammiti başa çatıb.

Azərbaycan, Qazaxıstan və Türkiyənin üzv olduğu sammitə Özbəkistan fəxri qonaq, Macarıstan isə müşahidəçi ölkə kimi qatılıb.

Türk Şurası Dövlət Başçıları Sammitində Azərbaycan prezidenti İlham Əliyev, Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Qırğızıstan prezidenti Sooronbay Ceenbekov, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Özbəkistan prezidenti Şövkət Mirziyovev və Macarıstanın naş naziri Viktor Orban iştirak ediblər.

Zirvə toplantısının yekununda dövlət başçıları arasında Birgə Bəyannamə imzalanıb.

Dövlət başçıları zirvə toplantısında Şuraya və Türksoy akademiyasına baş katibin və baş katibin müavinin seçilməsi, eyni zamanda, Macarstanın Şurada müşahidəçi qismində iştirak etməsini barədə sənəd imzalayıblar.

Zirvə toplantısı türkdilli dövlətlərin inteqrasiyası istiqamətində Konsepsiya layihəsini, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası dövlət başçılarının gənclər, milli idman növlərinin inkişafı, həmçinin Çingiz Aytmatovun 90 illik yubleyinin keçirilməsi barədə birgə bəyanat imzalanıb.
Bu xəbər oxucular tərəfindən 20 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed