Şrift:
Azərbaycan Milli Hərəkatının Nizamnaməsi hazırlanıb – Download PDF
04.09.2018 [10:11] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Tanınmış fəallar və ölkə daxilində Azərbaycan Milli Hərəkatı çərçivəsində fəaliyyət göstərən müəyyən qrupların səyi nəticəsində Azərbaycan Milli Hərəkatının Nizamnaməsi nəşr olunub.

Azərbaycan Milli Hərəkatında birlik yaratmaq məqsədi ilə hazırlanan nizamnamə Hərəkatın fikir sahibləri, tanınmış və təcrübəli fəallarının işbirliyi nəticəsində işıq üzü görüb. Azərbaycan türk milləti və milli-mədəni fəalların istifadəsi üçün təqdim olunan nizamnamənin hazırlanmasında müxtəlif təkliflər nəzərə alınıb.

Nizamnamə Azərbaycan Demokrat Firqəsinin təşkil olunmasının ildönümü (sentyabrın 3-ü - şəhrivər ayının 12-i) münasibəti ilə GünAz TV saytında yayılıb.

Türk və fars dillərində hazırlanan Nizamnamə PDF şəklində təqdim olunur.

PDF Faylını aşağıdakı mətni tıklayaraq download edə bilərsiniz:

PDF olaraq BURADAN açınız
Bu xəbər oxucular tərəfindən 238 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed