Şrift:
Güneydə gənclərin “Əyləncə kampaniyası” – “Səni deyirlər” - VİDEO
05.09.2018 [09:28] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Ötən günlərdə Güney Azərbaycanda gənclər tərəfindən sosial şəbəkələrdə başladılan kampaniya davam etdirilir.

Gənclər güneyli müğənni Əlirza Şərifzadənin ”Səni deyirlər” mahnısının sədaları altında rəqs edirlər. Gənclər bununla həm Azərbaycan rəqsini və musiqisini təbliğ edir, eyni zamanda İran molla rejiminin insanların əyləncə azadlığının məhdudlaşdırmasına üsyan edirlər. Qısa zamanda sosial şəbəkədə papulyarlıq qazanan kampaniyaya minlərlə insan qoşulub. Onlar müxtəlif yerlərdə, avtomobil yolunda, evdə “Səni deyirlər” mahnısınının sədaları ilə milli rəqs edib sosial şəbəkədə paylaşırlar.

Kampaniyaya qoşulan gənclər güney azərbaycanlılarla məhdudlaşmır, onların arasında türkiyəli və quzey azərbaycanlı gənclərə də rast gəlinir.




Bu xəbər oxucular tərəfindən 165 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed