Şrift:
Rusiya qırıcıları İdlibi vurdu - 3 milyon sakin TƏHLÜKƏDƏ
05.09.2018 [09:31] - Xəbərlər, Sosial
Londonda yerləşən Suriya İnsan Haqları Rəsədxanası Rusiya hərbi qırıcılarının müxalifətin nəzartindəki son vilayət olan İdlibə hava hücumuna başladığı barədə məlumat yayıb.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, rus hərbi təyyarələri İdlibi 22 günlük susqunluqdan sonra yenidən vurmağa başlayıb.

Bölgədə silahlı müxaliflərlə yanaşı, 3 milyondan çox dinc əhalinin də yaşadığı deyilir. Əsəd qüvvələrinin İran və Rusiyaya məxsus qüvvələrlə qətliam törədəcəyinə dair ehtimallar var.
Bu xəbər oxucular tərəfindən 111 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed