Şrift:
Nikki Haley: “BMT Təhlükəsizlik Şurasının İranla bağlı keçiriləcək iclasına Tramp başçılıq edəcək”
06.09.2018 [09:28] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Haley sentyabrın 4-də jurnalistlərə açıqlamasında bu ayın sonunda Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasının İran problemi ilə bağlı keçiriləcək iclasından danışıb.

Haley bildirib ki, sentyabrın 26-da dünya rəhbərlərinin iştirakı ilə keçiriləcək BMT Baş Assambleyasının növbəti toplantısında, Təhlükəsizlik Şurasının İranla bağlı iclasına ABŞ prezidenti Donald Tramp başçılıq edəcək: “Amerika prezidenti, beynəlxalq qanunları pozan, bölgədə və Orta Şərq regionunda sabitliyə qarşı çıxaraq düşmənçilik toxumu səpən İranı müzakirəyə çıxarmaq üçün iclasa başçılıq edəcək. İclası keçirməkdə məqsəd, İrana qarşı beynəlxalq təzyiqləri gücləndirməkdir”.

Yayılan məlumata əsasən, BMT Baş Assambleyasının növbəti zirvə toplantısında, İran prezidenti Həsən Ruhaninin çıxışı gözlənilir.
Bu xəbər oxucular tərəfindən 433 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed