Şrift:
Güney Azərbaycan təşkilatlarında canlanma müşahidə olunur
13.07.2012 [11:32] - Müsahibə, Güney Azərbaycan-Təbriz
“Bu gün dünya mediasında İranın adı daha çox nüvə probleminə görə hallanır. Amma İranın insan haqlarının tapdanması, kütləvi edamlar kimi problemləri var ki, nüvədən daha ciddi və təhlükəlidir”



Bu sözləri BBC Azərbaycancaya müsahibəsində İran məsələləri üzrə ekspert Kərim Əsgəri deyib. Cənab Əsgərinin sözlərinə görə, İran hakimiyyəti ölkə vətəndaşı olan 35 milyon azərbaycanlını siyasi, ictimai, mədəni, iqtisadi və hətta ekoloji ayrı-seçkiliyə məruz qoyub. “1946-cı ildən etibarən istər şahlıq dövründə, istərsə də İslam Respublikası dövründə İranda həmişə azərbaycanlıları, bir növ görməzdən gəliblər. Amma ortada bir həqiqət var ki, hazırda orada milli kimlik oyanışına görə böyük bir dalğa başlayıb" - Kərim Əsgəri deyir.



Onun sözlərinə görə, xaricdə İran azərbaycalıları təşkilatların yaranmasının səbəbi də bu istək dalğası ilə bağlıdır və bir muddət əvvəl Ankarada təsis olunmuş "Guney Azərbaycan Turkləri Şurası" da bu qəbildəndir.

İranın Azərbaycanla münasibətlərində gərginlik fonunda İran azərbaycanlılarının haqları ilə bağlı milli təşkilatların fəaliyyətində canlanma müşahidə olunur.

Şuranın sözçüsü Cemal Mehmethanoğlu deyir ki, İranda meydana gələcək dəyişiklər zamani İran azərbaycanlılarının milli haqları ilə bağlı məsələlər siyasi danışıqlarda önə çəkilməlidir. “İrandakı azərbaycanlıların taleyi İraqda hakimiyyət dəyişikliyindən sonra Kərkük turkləri kimi diqqətdən kənar, sahibsiz qalmamalıdır”.

Yaxin Şərq olkələrinin hakimiyətdən narazı qüvvələri ucun Turkiyə cəlbədeici gorunməkdədir. Turkiyə hakimiyyəti onlara bir cox hallarda birbaşa rəsmi dəstək göstərməsə də, bir şey aydındır ki, siyasi müxaliflər Türkiyə paytaxtında vaxtaşırı toplantı və aksiyalar kecirirlər.

Ankara dəstək vermir
İran məsələləri üzrə ekspert Kərim Əsgərinin sözlərinə görə, sürgündə olan İran azərbaycanlılarının Türkiyəni seçmələrinin əsas səbəbi bölgədəki digər ölkələrlə müqayisədə ən demokratik ölkə olmasıdır. Bundan başqa, imkanlar və potensialların daha geniş olması baxımından da Türkiyə siyasi mühacirlər üçün münasib ölkədir.

Lakin "Güney Azərbaycan Türkləri Şurası"nın sözçüsü Cemal Mehmethanoğlu deyir ki, təşkilatın Türkiyədə fəaliyyət göstərməsi onların dövlətdən dəstək alması demək deyil. Onun sözlərinə görə, indiki mərhələdə nəinki dövlət qurumları və hakim partiyada, hətta əsas müxalifət partiyalarında belə onlarla görüşməkdən imtina ediblər.

Azərbaycan məsələlərinə yaxından bələd olan jurnalist Ali Doğan isə deyir ki, İran azərbaycanlıları ilə bağlı məsələlərlə birbaşa məşğul olmaq Turkiyənin maraqlarında deyil. “Duzdur, 30 milyondan artıq türkün yaşadığı bölgə kimi Turkiyə "Güney Azərbaycan" məsələsinə etinasız deyil. Amma Türkiyə hec vaxt bu mövzuya girməyəcək. Ankara Çinlə münasibətlərinin pozulmaması üçün oradakı türklərlə maraqlanmadığı kimi, İranla münasibətlərini qorumaq üçün də İrandakı azərbaycanlılar mövzusuna birbaşa qarışmaz. Heç, oradakı milli fəallar da Turkiyə hökumətinə tam güvənmir. Çünki İrandaki azərbaycanlılar Turkiyə hakimiyyətinin kərkük türkmənlərinə verdiyi dəstəyi yetərli saymamış və buna gorə də “AKP əlaltılarını Təbrizdən çəksin“ mesajini vermişdi.

Ali Doğanın fikrincə, İrandakı azərbaycanlı fəallar rəsmi Bakıya da tam güvənmirlər. Bunun əsas səbəbi isə Azərbaycancanın öz siyasi xarici maraqlarını İranda yaşayan azərbaycanlıların haqları ilə bağlı məsələdən üstün tutmasıdır. “Güneylilər qeyri-hokumət təşkilatları və vasitəçilərlə əməkdaşlıq etməyə üstünlük verirlər”, - Əli Doğan deyir.

Mühacir etnik təşkilatlar Türkiyəni özlərinə fəaliyyət məkanı seçsə də, belə görünür ki, rəsmi Ankara onların fəaliyyətini dəstəkləmir. Ədalət və İnkişaf Partiyasından millət vəkili Mustafa Kabakçının sözlərinə görə, hökumət üçün əsas xətt qonşu dövlətlərlə münasibətləri inkişaf etdirməkdir.

“Turkiyə bölgədə sülh və sabitlik istəyir. Qonşuları ilə münasibətlərini inkişaf etdirmək istəyir. Bəzi ölkələr bütün coğrafiyada öz gəlir-cıxarını təmin edə bilmək üçün türkçülüklə oynamaq niyyəti var” - Mustafa Kabakçı deyir







İlhamə Qasımlı

Ankara
Bu xəbər oxucular tərəfindən 1909 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed