Şrift:
Elman Rüstəmov: "Dövlət qiymətli kağızlar bazarının həcmi artırılmalıdır"
07.09.2018 [09:56] - Gündəm, İqtisadiyyat
"Bu ilin yanvar-iyul aylarının yekununda Azəbaycanda orta illik inflyasiya 2,8% təşkil edib. İlin sonuna qədər bu rəqəmin proqnozlaşdırılan həddən (6-8%) aşağı olacağı gözlənilir".
Bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov Bakıda keçirilən Azərbaycan-ABŞ biznes forumunda deyib.
Bundan başqa, onun sözlərinə görə, 2018-ci ilin sonuna qədər ölkənin strateji valyuta ehtiyatları artacaq, tədiyyə balansındakı profisit qalacaq.
"Orta müddətli perspektivdə moneytar siyasətin əsas məqsədi makroiqtisadi sabitlik hədəflərinin genişləndirilməsidir. Restrukzasiya və sağlamlaşdırılma üzrə yeni siyasət həyata keçirilməlidir. Dövlət qiymətli kağızlar bazarının həcmi daha da artırılmalıdır. Hazırda bununla bağlı böyük imkanlar var", - deyə AMB sədri qeyd edib.
E.Rüstəmov Azərbaycanın Qlobal Rəqabətlilik indeksində 34 pillə irəlilədiyini də vurğulayıb.
Bu xəbər oxucular tərəfindən 156 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed