Şrift:
Türkiyədə avtobus qəzası: azı 6 nəfər ölüb, 39 nəfər xəsarət alıb
08.09.2018 [09:58] - Xəbərlər, Hadisə
Türkiyədə sərnişin avtobusun qəzaya uğrayıb, azı 6 nəfər ölüb, 39 nəfər xəsarət alıb.

Bu barədə məlumatı RİA Novosti agentliyi Türkiyənin NTV televiziyasına istinadla yayıb.

Bildirilir ki, hadisə Ankara-Aksaray şosesində baş verib. Avtobusda sıxılmış vəziyyətdə qalan insanların xilas edilməsi üçün əməliyyat aparılır.

Hadisə yerinə yanğınsöndürmə və təcili tibbi yardım briqadaları cəlb olunub.
Bu xəbər oxucular tərəfindən 124 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed