Şrift:
Bakıda MDB ölkələrinin kibertəhlükəsizlik üzrə milli qruplarının bilik və bacarıqları yoxlanılıb
08.09.2018 [10:06] - Köşə yazarları, İqtisadiyyat
Bakıda keçirilən MDB ölkələri üçün kibertəhlükəsizlik üzrə ilk regional təlimlər çərçivəsində iki gün ərzində kiberhücumlara qarşı mübarizə üsulları sahəsində mütəxəssislərin səriştələri yoxlanılıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən (NRYTN) bildirilib ki, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanın, həmçinin Avropa və Asiyadan 14 ölkənin 75-dən çox mütəxəssisi kibertəhlükəsizlik üzrə təcrübəli ekspertlərin nəzarəti ilə öz bilik və bacarıqlarını sınayıb. Ümumilikdə 14 komanda formalaşdırılıb, komandalar 6 müxtəlif ssenari üzrə tapşırıqları yerinə yetirib.
Bu xəbər oxucular tərəfindən 198 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed