Şrift:
Ulduz Qasimi mülki vəsiqə qarşılığında azadlığa buraxılıb
08.09.2018 [10:12] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Sentyabrın 5-də Urmiyədə təhlükəsizlik qüvvələri tərəfindən yaxalanan azərbaycanlı milli-mədəni fəal bir gün saxlandıqdan sonra müvəqqəti olaraq azadlığa buraxılıb.

Ulduz Qasimi ittihamı elan olunduqdan sonra sentyabrın 6-da 50 milyon tümənlik mülki vəsiqə qarşılığında təhlükəsizlik polisinin təcridxanasından sərbəst buraxılıb.

O 2006-cı il may hadisələrində (1385-ci il xordad hadisələri) həlak olan şəhid Fərzad Əsədpurun anım mərasimində iştirak edib və çıxış etdiyinə görə “sistemin əleyhinə təbliğat aparmaq” və “ölkənin təhlükəsizliyini pozmaq məqsədi ilə toplaşma və sözləşmə”də ittiham olunub. Sözügedən anım mərasimi avqust ayında Urmiyə keçirillib.

Ulduz Qasimi sentyabrın 5-də qardaşı Rəhman ilə birlikdə yaxalanmışdır. Rəhman Qasimi 2 saat işgəncələr altında dindirildikdən sonra sərbəst buraxılmışdır.

Qeyd edək ki, təhlükəsizlik qüvvələri sentyabrın 4-də Ulduz Qasimini saxlamaq məqsədi ilə onun ata evinə hücum çəkib.
Məmurlar məhkəmə hökmü təqdim etmədən zorla evə daxil olaraq axtarış aparıblar. Axtarış nəticəsində fəala aid bir çox kitab və evdə olan elektron irtibat (kommunikasiya) vasitələri məmurlar tərəfindən götürülüb.

Məmurlar həmçinin Ulduz Qasiminin anasına bir çağırış vərəqəsi göstərərək Ulduzun sentyabrın 5-də “Doqquz Təpə” Təhlükəsizlik Polisinə müraciət etməsini istəyiblər. Fəalın anasına təhdid edilərək bildirilib ki, Ulduz təyin olunan vaxtda Polis İdarəsinə müraciət etməsə, bunun bədəbi ağır olacaq.

Axtarış aparılarkən fəalın ata evi və qonşu ailələrdə qorxulu anlar yaşanıb.
Bu xəbər oxucular tərəfindən 562 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed