Şrift:
Culfanın İmam Cüməsindən senzura məmuruna cavab: Hamı İranın ərazi bütövlüyünü Azərbaycana borcludur
08.09.2018 [10:17] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Culfanın imam cüməsi İran Teleradio Şirkətinin irqçi hərəkətinə qarşı sosial şəbəkələrdə keçirilən “Salam Azərbaycan” kampaniyasına qoşularaq bildirib ki, hamı İranın ərazi bütövlüyünü Azərbaycana borcludur.

Salar Səncəri Teleradio Şirkətində Azərbaycanın senzura olunmasını pisləyərək belə deyib:
“Azərbaycana minlərlə salam olsun, Azərbaycana yüz minlərlə salam olsun, Azərbaycanın İranın tarixində böyük və təqdirəlayiq rolu olub. Azərbaycan İranın ərazi bütövlüyünü qoruyub saxlayıb. Azərbayacana minlərlə salam olsun, ona görə ki, bizə Səttarxat, Baqirxan, Bakiri, Şeyx Məhəmməd Xiyabani və əllamə Cəfəri kimiləri verib.”

Salar Səncəri həmçinin bildirib ki, “biz Azərbaycan türk millətinin qanı Xürrəmşər və Şələmçədə tökülüb. Biz İranın şəfər və əzəmətini qoruyub saxlayan millət olmuşuq.”

Bir həftədir İran rejiminin Azərbaycana qarşı irqçi siyasətinə etiraz olaraq sosial şəbəkələrdə “Salam Azərbaycan” kampaniyası keçirilir. Azərbaycanlılar, xüsusi ilə də milli-mədəni fəallar tərəfidən böyük rəğbətlə qarşılanan kampaniyaya Türkiyə və Şimali Azərbaycandan da çox sayda soydaşımız qatılıb.

İran rejiminin senzura məmurunun azərbaycanlı aparıcı Məhəmməd Fərşbafa Azərbaycana salam verdiyi üçün xəbərdarlıq etməsi, sözügedən kampaniyanın keçirilməsinə səbəb olub.

Teleradio Şirkətinin senzura məmuru, Məhəmməd Fərşbafa verilişdə Azərbaycana salam verdiyi üçün təhqiramiz şəkildə xəbərdarlıq edib. “Sən səhv edirsən (bu söz qələt eləyirsən mənasında işlədilib) Azərbaycana salam göndərirsən. Bu bir daha təkrar olarsa, bizim aramız dəyəcək”- deyə senzura məmuru deyib.
Bu xəbər oxucular tərəfindən 485 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed