Şrift:
Siyəzəndə çətənə kolları yetişdirən şəxs saxlanılıb
08.09.2018 [10:31] - Köşə yazarları, Sosial
Siyəzən rayonu ərazisində kultivasiya yolu ilə çətənə kolları yetişdirən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan bölgə müxbirinə verilən məlumata görə, sentyabrın 6-da Şabran rayon sakini Elvin Şamilov tərəfindən Siyəzən şəhəri ərazisində yerləşən yaşıllıq ərazidə yetişdirilmiş narkotik xassəli çətənə bitkiləri polis əməkdaşları tərəfindən aşkarlanaraq götürülüb.

Əraziyə baxış zamanı oradan yaş çəkisi 5 kiloqrama yaxın olan 4 ədəd çətənə kolu və saxlanılan şəxsin üzərindən qurudulmuş marixuana aşkarlanıb.

Götürülmüş maddi sübutlar bioloji ekspertizaya təqdim olunub.

Dindirilmə zamanı saxlanılan şəxs çətənə kollarını şəxsi istifadəsi üçün əkdiyini bildirib.

Faktla bağlı Siyəzən Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırmalar aparılır.
Bu xəbər oxucular tərəfindən 198 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed