Şrift:
İsmayıllıda “Məmməd Araz poeziya günü” keçirilib
08.09.2018 [11:47] - Gündəm, Mədəniyyət
İsmayıllıda Yazıçılar Birliyinin üzvü, Azərbaycan Prezidenti yanında Bilik Fondunun mühazirəçisi Qardaşxan Əzizxanlının təşəbbüsü, rayon icra hakimiyyətinin və İsmayıllı Regional Bilik Evinin birgə təşkilatçılığı ilə “Məmməd Araz poeziya günü” keçirilib.

Xalq şairi Məmməd Arazın anadan olmasının 85 illiyinə həsr olunan, Qardaşxan Əzizxanlının aparıcılığı ilə keçirilən poeziya günündə rayon ziyalıları, gənclər, İsmayıllı İctimai Yazarlar Birliyi və “Dağ çiçəkləri” ədəbi məclisinin üzvləri iştirak ediblər.

Rayon icra hakimiyyəti başçısının müavini Sevil Əhmədova, Milli Məclisin deputatı Aqil Abbas, “İsmayıllı xəbərləri” qəzetinin redaktoru Şahməmməd Soltanov və başqaları çıxış edərək Xalq şairinin həyatı, Məmməd Araz yaradıcılığının müxtəlif aspektləri barədə danışıblar.

Poeziya günündə Xalq şairinin şeirlərindən nümunələr oxunub, şeirlərinə bəstələnən mahnılar ifa edilib.

Xalq şairinin qızı İradə Tuncayın həyat yoldaşı Aqil Abbas tədbirin təşəbbüskarı və təşkilatçılarına minnətdarlığını bildirib.

Sonda Məmməd Araz şeirlərinin ən yaxşı ifaçılarına fəxri fərmanlar və qiymətli hədiyyələr verilib.
Bu xəbər oxucular tərəfindən 543 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed