Şrift:
Bu gün UEFA Millətlər Liqasında daha 8 oyun keçiriləcək
10.09.2018 [09:58] - Gündəm, İdman
Bu gün UEFA Millətlər Liqasında II turun növbəti matçları keçiriləcək.
İkinci oyun günündə 4 liqada 8 qarşılaşma oynanılacaq.
A Liqasında 3-ci qrupun görüşündə Portuqaliya İtaliyanı qəbul edəcək. İlk turda pireneylilər istirahət edibsə, İtaliya səfərdə Polşa ilə heç-heçə edib - 1:1.
B Liqasında da bir oyun olacaq. 2-ci qrupda İsveç Türkiyəni qəbul edəcək. Millətlər Liqasında debüt edəcək skandinaviyalılarla müqayisədə "ay-ulduzlular" ilk turda evdə Rusiyaya uduzub - 1:2.
C Liqasında iki qrupda 3 oyun olacaq. 1-ci qrupda Şotlandiya Albaniyanı qəbul edəcək. Britaniyalılar ilk görüşünü keçirəcəksə, balkanlılar ikinci matçına çıxacaq. "Qarabağ"ın müdafiəçisi Ansi Aqollinin də yer aldığı komanda ilk turda İsrailə 1 qolla qalib gəlib.
4-cü qrupda Serbiya Rumıniyanı, Monteneqro Litvanı qəbul edəcək. İlk turda Serbiya səfərdə Litvaya minimal hesabla qalib gəlib, Rumıniya - Monteneqro görüşündə isə hesab açılmayıb.
Nəhayət, D Liqasında 3 oyun gerçəkləşəcək. 1-ci qrupda Andorra Qazaxıstanı qəbul edəcək. İlk turda Andorra səfərdə Latviya ilə heç-heçəyə nail olub - 0:0. Qazaxıstan isə evdə Gürcüstana uduzub - 0:2.
3-cü qrupda Azərbaycan millisi Maltanın, Farer adaları yığması Kosovonun qonağı olacaq. İlk turda Azərbaycan evdə Kosovonu yenə bilməyib - 0:0. Malta isə səfərdə Farer adaları yığmasına uduzub - 1:3.
UEFA Millətlər Liqası, II tur
A Liqası
3-cü qrup
Portuqaliya - İtaliya
B Liqası
2-ci qrup
İsveç - Türkiyə
C Liqası
1-ci qrup
Şotlandiya - Albaniya
4-cü qrup
Serbiya - Rumıniya
Monteneqro - Litva
D Liqası
1-ci qrup
Andorra - Qazaxıstan
3-cü qrup
Malta - Azərbaycan
Kosovo - Farer adaları
Qeyd edək ki, bütün görüşlər Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.
Bu xəbər oxucular tərəfindən 487 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed