Şrift:
Azərbaycan-Kıbrıs Türk Cəmiyyəti öz təqdimatını keçirəcək.
13.07.2012 [12:31] - Xəbərlər, Türk dünyası-Turan
Yeni yaranan təşkilat həm də “20 iyul Kıbrıs Barış Hərəkatı”nı qeyd edəcək.

Azərbaycan-Kıbrıs Türk Cəmiyyəti 20 iyul saat 15-00-da təşkilatın yaranması ilə bağlı təqdimat mərasimi və “20 iyul Kıbrıs Barış Hərəkatı”nın 38-ci ildönümünü qeyd edəcək. “Nicat” Şadlıq Sarayında keçiriləcək tədbirdə ölkənin tanınmış siyasi və elm xadimləri, o cümlədən incəsənət ustaları, gənclər və jurnalistlər iştirak edəcək. Tədbirin ikinci hissəsində Azərbaycanın xalq artisti Flora Kərimova, əməkdar artisti Bəsti Sevdiyeva, vətənpərvər mahnıların mahir ifaçısı Şəmistan Əlizəmanlı, Nuriyə Hüseynova, Əlirza Amanbəyli, Zahidə Məmmədsalahova və bır sıra tanınmış sənətkarların ifasında bədii gecə də keçiriləcəkdir.
Yeni yaranmış Azərbaycan-Kıbrıs Türk Cəmiyyəti qardaşını tanı və tanıt fəlsəfəsi ilə yola çıxmış bir təşkilatdır. Türk Dünyası parçalandıqdan sonra müxtəlix türk dövlətləri yaranmış, onların bəziləri müstəqil respublika, bəziləri isə müxtəlif dövlətlərin tərkibində muxtariyyət formasında varlığını qoruyub saxlamaqdadır.
Quzey Kıbrıs Türk Cümhuriyyəti yarandığı gündən dünya tərəfindən siyasi olaraq tanınmamaqla müxtəlif embarqoların qoyulması ilə təcrid duruma düşmüşdür. Azərbaycan-Kıbrıs Türk Cəmiyyətinin məqsədi Quzey Kıbrıs Türk Cümhuriyyəti ilə Azərbaycan Cümhuriyyəti arasında bütün əlaqələrin ən yüksək səviyyədə inkişafına töhfə verməkdir. Bu istiqamətdə bütün ictimai təşkilatları, partiyaları, ayrı-ayrı tanınmış fərdləri səfərbər edərək qarşılıqlı münasibətlərdə onların imkanlarından yararlanmaqdır. Təşkilatın əsas hədəf obyekti iki türk dövləti gənclərinin Xəzərlə Ağ dəniz arasında körpü quruculuğunda inkişafını stimullaşdırmaqdır.

Ünvan: “Nicat” Şadlıq Sarayı – Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi.
Marşrutlar: M.Əcəmidən: 119; M. Nizamidən: 140
Tel: (+994)50 562 89 81; (+994)51 328 42 78; (+994)50 244 24 22; (+994)55 564 03 36
Bu xəbər oxucular tərəfindən 1931 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed