Şrift:
"Qarabağ"ın rəqibi futbolçu itkisi ilə üzləşib
11.09.2018 [09:57] - İdman
"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan İngiltərənin "Arsenal" klubu futbolçu itkisi ilə üzləşib.
"Topçular"ın yeni transferi Lukas Torreyra Uruqvay milli komandasının düşərgəsində zədələnib. Meksika ilə yoldaşlıq görüşünə start heyətdə başlayan 22 yaşlı yarımmüdafiəçi 45-ci dəqiqədə sol dizindən zərbə alaraq əvəzlənməli olub. O, həftəsonu "Nyukasl" komandası ilə Premyer Liqanın V tur matçını buraxmalı olacaq. Torreyranın yaşıl meydanlara qayıtma vaxtı hələlik bəlli deyil.
Qeyd edək ki, yoldaşlıq görüşü Uruqvay millisinin qələbəsi ilə yekunlaşıb - 4:1.
Bu xəbər oxucular tərəfindən 208 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed