Şrift:
Qarabağda erməni əsgərinin ölümü ilə bağlı cinayət işi qaldırılıb
11.09.2018 [10:03] - Siyasət
Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində Ermənistan Silahlı Qüvvələrinin hərbçisi, 1990-cı il təvəllüdlü Vazgen Xaçatryanın ölümü ilə bağlı cinayət işi qaldırılıb.
Bu barədə Ermənistan KİV-i xəbər verib.
Bildirilir ki, qəza ilə bağlı ittiham edilən var. İstintaq zamanı məlum olub ki, əsgər V.A "UAZ" avtomobilinə idarəetməni itirib və nəqliyyat vasitəsi aşıb. Nəticədə V.Xaçatryan aldığı xəsarətdən hadisə yerində ölüb.
Qeyd edək ki, hadisə sentyabrın 3-də baş verib.
Bu xəbər oxucular tərəfindən 167 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed