Şrift:
"AzInTelecom”un Data Mərkəzi müştərilərinə yeni xidmət təqdim edib
12.09.2018 [10:04] - İqtisadiyyat
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin Data Mərkəzi müştərilərinə yeni xidmət təqdim edir.
Bu barədə Nazirliyin Mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, bu gündən etibarən Data Mərkəzi müştəriləri “Microsoft (MS) Windows Server” əməliyyat sistemli virtual maşınları aylıq icarə yolu ilə əldə edə biləcəklər.
Data Mərkəzi əməliyyat sisteminin lisenziyasını bulud provayderləri üçün nəzərdə tutulan model əsasında təqdim edir. Sözügedən lisenziyanın icarəsi müştərilərə bir sıra nəzərəçarpacaq üstünlüklər verəcək. Bununla da, müştərilər kapital xərclərindən azad olaraq istismar xərcləri əsasında “MS Windows Server” əməliyyat sistemli virtual mühitlərdən faydalana biləcəklər.
Xidmətdən istifadənin rahat dəyişdirilə bilən olması isə tələbat yarandıqca, lisenziyaların sayını asanlıqla uyğunlaşdırmağa imkan verir.
Bundan əlavə, “MS Windows Server”in yenilənməsi üçün müştərilərin əlavə ödəniş etməsinə ehtiyac qalmır. Əməliyyat sisteminin bütün yenilənmələri Data Mərkəzinin resursları hesabına qarşılanır. Beləliklə virtual mühitdən istifadə etməklə müştərilər hər zaman “MS Windows Server” əməliyyat sisteminin ən son versiyası ilə təmin olunmaq imkanına malik olur.
Bu xəbər oxucular tərəfindən 174 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed