Şrift:
Azərbaycan Batumidə keçiriləcək beynəlxalq kinofestivalda təmsil olunacaq
12.09.2018 [10:05] - Gündəm, Mədəniyyət
Sentyabrın 16-dan 23-dək Gürcüstanın Batumi şəhərində XIII Beynəlxalq Müəllif Kinoları Festivalı (BIAFF) keçiriləcək.
Azərbaycanı tədbirdə rejissor Ruslan Ağazadə “Balaca” adlı qısametrajlı film ilə təmsil edəcək.
Festivalda ən yaxşı bədii, ən yaxşı sənədli və ən yaxşı qısametrajlı film nominasiyası üzrə qaliblər beynəlxalq münsiflər heyəti tərəfindən seçiləcək.
Kinofestivalda ABŞ, Rusiya, Almaniya, İran, Fransa, Ukrayna, Ermənistan və digər ölkələri təmsil edən kinematoqrafçılar iştirak edəcəklər.
Qeyd edək ki, “Balaca” filmi “Azərbaycanfilm” kinostudiyasının nəzdində fəaliyyət göstərən Gənc Sinemaçılar Klubu tərəfindən Mədəniyyət Nazirliyinin dəstəyi ilə bu il çəkilib.
Bu xəbər oxucular tərəfindən 20 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed